Son xəbərlər

 


Yuxuma gəlmişdin bu gecə

Əlin-ayağın xınalı.

Çiçəyi çırtdadı könlümün, eyni açıldı...

                                  Səni görüncə.

Yaman sevincək olmuşdun,

Bəxtəvərlik yağırdı, üz gözündən.

Sənə sarı atdığım ilk addımda

            Azan səsi çaldı qulağım.

Ürəyimə bir xal düşdü, ‘‘ Qaragilə‘‘.

Könlüm səni umdu ilk məhəbbətim.

 

            

          Yağış...

          Göydən gələn pay.

          Yığıb ovcuma

          Səpəm könlümə

          Artsın ümidim Ona qovuşacağıma.

 

 

Köçəri quş kimi gəldin ömrümə

Dimdiyində gətirdin xoşbəxtliyi.

Bu günümə dadızdırıb,

Tamarzı qoydun  sabahımı.

Quşlar bəlli zamanlarda köç edər,

Sənsə qəfil etdin bunu

                     Solmamışkən çiçəklər...

 

 

Hər bu şəhərə qar yağanda

Sevincək olub düşürəm bu şəhərin canına.

Teli qıvrım, ala göz, qar kimi ağ bənizli

                               İtiyimi gəzirəm...

Yağan qarın altında.   

 

 

 

Çox çək-çevir edirəm
Bu dünyanın işini.
Xeyirə yozammıram
Kor şeytanın işini.

 

************************....

 

Üz tutmuşam göylərə
Görən, bilən, eşidən
Yerdə yerim yox mənim
Apar məni göylərə.

******************************...

 

 

Bir yol seçdim..
Gecələri gündüz,
Gündüzləri gecə olur dedilər...
Mələklər keşik çəkir bu yolun qarasında...
Dizin-dizin süründüm
əlim yetə yoxuşa.
üzüqoylu yıxıldım
üzüm qara torpağa.
Qara yırtır kəfəni,
Ağ bu yolun harası ?...

 

**************************

Uzaqda olanım
İnsafa gəl, yaxın düş.
Uzaqlıqdan uzaq düş.
Yoxdur səndən özgə, yaxın olanım
Yığış daha, yola düş.

 

***************************....

Gedirəm... ölüm məndən bir addım qabaq.
Sonuncu addımımın başında bir məzar qazıb,
Cütləyib ayaqqabılarımı o məzarda basdırıb
ayaqyalın gedirəm.....

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə