-Ey mənim göyçək yarım,

Ömrümüz sonbahardı

Mənim ağbirçək yarım.

Dəlisov gəncliyimi

Bu gün yada salmışam.

Sənin üçün bir dəstə

Qızılgüllər almışam.

Yaman hirsləndi qarım:

-Eh… sən Allah qoy görək

Biz yaşlı adamlarıq

Gül-çicək nəyə gərək,

Daha can o can deyil

Gündə yüz havası var.

Dərmanı-davası var…

Bu puldu, xəzəl deyil,

-Doğrudur, xəzəl deyil,

Pul səndən özəl deyil.

-Yaşlı-başlı adamsan

Ehtiyat pulun olsun.

-Mən sənə gül aldım ki,

Pul sənin qulun olsun.

Sənə gül adlım ki, mən

Gül görüb üzün gülər…

Sən elə sözlər dedin

Əlimdə soldu güllər

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə