Gəl, bir az dua edəkgəl, bir az da dua edək,əllərini qoy üzümə;sən soruş, Tanrı hardadı,mən də baxım göy üzünə;bu gecə nə gözəldi göy,hər ulduz bir arzu dilək;yerdən bir çiçək qoparaq,üfürək, olsun kəpənək;sən mənə bax, mən də sənə,aranı dağa daşıyaq;bir az göy üzünə baxaq,bir az Tanrını oxşuyaq;dönək bir cüt kəpənəyə,gözləyək gəlsin baharı;sonra qanad açıb uçaq,yol tutaq Tanrıya sarı.Üzünü qoy sinəm üstəüzünü qoy sinəm üstə,gör səni necə yandırır;ürəyim gündüz üşüyür,həsrətim gecə yandırır;gün addıyır, düşür gecə,dəli sevgi bir işgəncə;çınqısı çatıb indicəhələ təzəcə yandırır;bu dərd mənə gəldi, kimnən,qaçdım loğmannan, həkimnən;alovu qalxır içimnən,məni gizlicə yandırır;bilmədim nə sirr eliyib,qovub lap yesir eliyib;könlümü əsir eliyib,dərd içə-içə yandırır;mən də li sevda adamı,həsrət qırıb inadımı;sındırıb qol-qanadımı,doldurub peçə yandırır;ağ buludlar lələk-lələk,ruhum bir adsız kəpənək;ömrümüzü çərxi-fələk,yandırır, heçə yandırır.Silkələmə nar ağacıngöy üzündən ağca bulud,yelkənin bağlar üstümə;silkələmə nar ağacınnarı dağılar üstümə;həsrətim əsir dağlara,ruhum tələsir dağlara;üz tutsam əsir dağlara,bulaqlar ağlar üstümə;bu dünya dar bir qalacıq,ürəyim gül kimi açıq;üzüm güləndə azacıq,cumar paxıllar üstümə;yazın yaşılca çağında,boylu qönçələr doğumda;gecə qarışıq yuxumda,yeriyir dağlar üstümə;qaçdm, bağladım gözümü,çınqıl qanatdı dizimi;atım səngərə özümü,gəlir yağılar üstümə;dəli rüzigar mənə gəlir,gəlir də, hər sənə gəlir;düzünə, tərsinə gəlir,qarlar, sazaqlar üstümə;ütdüm günləri, ayları,o tayları, bu tayları;dünyanın dəli çayları,dönüb axırlar üstümə;kimin yarıdı, bu vətən,kimnən yarıdı bu vətən;ey gözəl Allahım, nədən,dərdi yıxırlar üstümə.Ya qalaq burda, ya gedəkYa qalaq burda, ya gedəkindi bir yol da var, daha;gedək, bir ayrı yer tapaq,burda ömür, gün də baha;gedək, bilmirəm haraya,ürəyimiz tutan yerə;qəlbimizi düz saxlayaq,nə istəsək Allah verər;gedək, göy üzünə baxaq,axtaraq bəxt ulduzunu;onu sıxaq köksümüzə,yaşayaq ömür uzunu.Yazın havası ayrıdıyazın havası ayrıdı, yazı yağışdan bilirəm;nazını gizlədən gözəl, nazı baxışdan bilirəm;ruhumu bir səsdi içir,könlümü həsrətdi, biçir;sevgi bir istəkdi, keçir,ömrü naxışdan bilirəm;ürəyimdə acı su var,dərdin qardaş-bacısı var;yolun ağrı-acısı var,yolu yoxuşdan bilirəm;yarpağı qatdıyır payız,içimi odduyur payız;yay gedir, addıyır payız,yaz gəlir, qışdan bilirəm;ağ duman telimə dönüb,hər qarış ölümə dönüb;dünya qan gölünə dönüb,qanı qarğışdan bilirəm;bu bəşərin qəsdi nədi,bir-birinin qəsdinədi;dünya məzar üstündədi,dərdimi daşdan bilirəm.Səni mənə verən Allahsəni mənə verən Allah,məni də sənə yaradıb;səni də qatıbdı mənə,elə bir günə yaradıb;ürəyini qoşub sözə,əllərini basıb közə;dumanı göndərib düzə, dağları çənə yaradıb;götür-qoy eləyib, yenəfikirləşib, dönə-dönə;gözəlliyi verib sənə,sevməyi mənə yaradıb;arzusuna, məramına,dərgahına, irəminə;şükür olsun kərəminə,yaxşı ki, yenə yaradıb.Hər gün göy üzündən xəbərlər gəlirhər gün göy üzündən xəbərlər gəlir,nə varsa deyirlər Yerdən, o yana;gedib öyrənəcəm, yerli-yataqlı,ayağım düşəndə hərdən o yana;gedib öyrənəcəm, nə varsa ordan,ulduza gedəcəm, Aya gedəcəm;bir az da uzağa gedib çıxacam,göyün üzünnən o taya gedəcəm;axtarıb fələyi tapacam orda,bir az dərdləşəcəm onunla, hələ;ondan soruşacam, soracam niyə,niyə bu gündədi Yer üzü, lələ;bəlkə barmağın var bu işdə sənin,hoqqa çıxardırsan, hoqqa dalınca;quzunu verirsən qurdun əlinə,dovşanı qovursan çaqqal olunca;niyə bu dünyanın nizamı yoxdu,adamlar qırılır qarışqa kimi;olan ağlını da itirib bəşər,dünya gəlib çatıb qarğışa kimi;bunu da Tanrıdan soruşam gərək,deyəm ki, bir barmaq silkələ bizə;dərsini verginən pis adamların,onları yox elə, görk elə bizə;hər gün Yer üzündən xəbərlər gəlir,beşin öldürdülər, yüzün asdılar;kimi qandırasan, kimə deyəsən,kimin günahını kimə yazdılar;bizi kim qarğıyıb, kim qaralıyıb,nə yaman pis günə qalıb, Yer üzü;ipini çəkən yox, dəli bəşərin,saralıb Yer üzü, solub Yer üzü;hər gün Yer üzündən xəbərlər gəlir,şərqdə bir-birini qırır adamlar;şimalda buzlaqlar əriyib gedir,suların altında qalıb adalar;hər gün göy üzündən xəbərlər gəlir,nə varsa deyirlər Yerdən, o yana; Tanrıya deyəcəm gedib hər şeyi,Ayağım düşəndə hərdən o yana.Sənsizlik ağır işgəncəyamac boyu düzülübdü,ağ qönçələr incə-incə;ağ çiçəklər doğulacaq,doğulacaq sən gəlincə;sən gəlincə könül naçar,gözdərimnən yuxu qaçar;üstümə ağ yelkən açar,ağ bulutdar çəngə-çəngə;kim baxır ağrıya, aha,gəlib batmışıq günaha;uzaq yollar dönməz daha,uzaq yollar döngə-döngə;göynüyür bağrımın başı,ötüb həsrətimin yaşı;sənsizlik bir yol yoldaşı,sənsizlik ağır işgəncə.Buludlar qarmaqarışıqbuludlar qarmaqarışıq,dün gecədən nələr yağdı;ildırımlar şaqqıldadı,sellər gəldi, sular axdı;ürəyim qırıq bir şüşə,az qalır canımnan düşə;yuxum çəkilibdi ərşəgözlərim hələ oyaxdı;qapımda yağı sülənir,fələyin çarxı yellənir; niyə dərd bizə şellənir,niyə düşmanımız çoxdu;sənə nolub, gözəl Vətən,içimdə həsrətdi bitən;ürəyimnən gəlib ötən,dağlardakı buz bulaxdı;insan dözür hər zülümə,dərd dəyməsin tər gülünə;üzülmə könlüm, üzülmə,Vətən gözümə çıraxdı.İndi yatmaq vaxtı deyil
indi yatmaq vaxtı deyil,evdən obaşdan çıxıram;yaz gəlir, yay da ötüşür,payızdan, qışdan çıxıram;yaxşıca sözə üz gəlir,odun dalınca köz gəlir;mənə toxunan söz gəlir,ağıldan, huşdan çıxıram;nə cinəm, nə də əcinə,varram, dünyanın heçinə;girib göylərin içinə,gedib o başdan çıxıram;sel axır, üstümə gəlir,yanıram, tüstümə gəlir;nə gəlir, qəsdimə gəlir,daş gəlir, daşdan çıxıram;dünyamız soyuğa çıxdı,arzular oyuğa çıxdı;yağılar ayaq açıbdı,hər gün savaşdan çıxıram;ruhum bədənnən sivişib,saçımda dənnən sivişib;dumannan, çənnən sivişib,qardan, yağışdan çıxıram;hələ fırlanır ələyi,əlimdə qalıb lələyi;gedib tapıram fələyi,qannan- qarğışdan çıxıram.Anam, payız aldı səni əlimdənanam, payız aldı səni əlimdən,payız bu dünyanın yarpaq bükümü;hər payız gələndə üşüyürəm mən,başlanır ömrümün yarpaq tökümü;hanı gözlərimdə yaşı kiridən,mən də yıxılacam günün birindən;adamı dünyada dərddi əridən,görəsən hardadı, dərdin həkimi;sonalı göllərdə sonasız olmaq,atanı çağırmaq, ana sızlamaq;içimi yandırır anasızlamaq,ay ana kim bilir mənim içimi;anam, g özlərimi yaş eləmişəm,dərdimi bərkidib daş eləmişəm,ruhumu döndərib quş eləmişəm,sən mənim yuxuma gələnə kimi.Bu gələn qarın havasısaçlarıma qırov düşər,gözdərim çaşıb ağlıyar;bu gələn qarın havasıkönlümü qışa bağlıyar;o nədi, hey dərd əliyər,perikmiş ruhum məliyər;həsrətim dağda ləliyər,kəndiri daşa bağlıyar;ürəyim qaynar qanımda,qılıncım durmaz qınında;bir igid ölsə yanında,səngərdə paşam ağlıyar;axtarar, üzdüyər səni,darıxar, özdüyər səni;yaxşı dost gözdüyər səni,atdarı qoşa bağlıyar;ruhumu candan qoparım,götürüb hara aparım;bir gün gül üzlü dildarımgörsə ki, daşam, ağlıyar.
Şərh yaz