Tale ilahəsi

Əgər bu qədər qəlbsizsənsə,

O zaman daşdan yonulmuş heykəl ol.

Səni qarşıma qoymaqla

Sitayiş etmək üçün başımı qarşında əyirəm.

Sənin mənim tale ilahəm olduğuna inanaraq öpürəm. 

Qaraçı

Bəziləri dəvənin üzərində,

Bəziləri də piyada gedən bir qrup köçəri insan gördüm.

Dəvə üzərində sevgi ilə gülümsəyən

Pəri gördüyümdə sanki xəyaldan ayıldım.

Sanki dəliyə döndüm.

Onu dəlicəsinə axtarmaq üçün o karvana qoşuldum.

Ayaqlarım sanki getmədi.

Mən o naməlum qaraçını tapmaq istədim.

Onun üçün yollara düşdüm.

O məni də qaraçıya döndərdi.

Mücəvvər

Qəlbim kədər okeanı

Ödül verdiyin yaraların

İçində yox olacaq

Bir mücəvvər kimi.

Tərcümə: Bəsirə Əzizəliyeva 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə