Mən də yanındaydım “Bəzmi- Əzəl”də,

Ruhkən söylədiyin “Bəli”nəm, babam!

Məniydim “Nəsimi mənəm!”deyən gənc,

Onda da varıydım bəli, mən babam!

 

Türbənin önündə daim durmuşam, 

Amanat deyiləm,qaim durmuşam.

Olub yeddi qatı Göyün,  durmuşam,

Yerin təki qədər dərinəm, babam!

 

Həmişə yanında olnuşam sənin,

Yanında kamala dolmuşam sənin.

Balanam....balanam.... bilmişəm sənin,

Göyərən qolunam, əlinəm, babam!

 

Mən şeir yazmıram, səni gəzirəm,

Mən Dan içindəki Danı gəzirəm.

Mən sənin dediyin dini gəzirəm,

Mən Elməm, mən Eşqəm, Təliməm, babam !

                  

Dözüb könüldə qəm,dözüb gözdə nəm,

Gərək gizlənməyəm,gərək gizlənəm.

Mən gizlin Aşkaram,aşkar Gizlinəm,

Açılmaz açımın... srrinəm,babam!

                           

Səni elə duydum, qüvarlanıram,

Ah, sənə kim qıydı... qubarlanıram.

Səni elə sevdim, ölsəm, sanıram,

“Nəsimi!”söyləsəm dirilləm, babam!

        

Adı bir olanın min adı mənəm,

O Kəbədi, mənəm, Minadı, mənəm.

Bütün həyatların həyatı mənəm,

Bütün ölümlərə ölüməm, babam!

 

Gəlmişəm görsünlər çıxmayıb canın,

Saralıb ... sönməyib Günəşi, Danın!

Gəlmişəm, kəsilsin tökülən qanın,

Dur, geyin, soyulmuş dərinəm, babam!

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə