Səyavuş Məmmədzadənin tərcüməsində

HEMİNQUEY

Hava limanında pivə içirdik,
Vaxtımız var idi, şərait əla.
Gözləmə salonu turistlə dolu
Əcnəbi bir qoca göründü birdən,
Əynində papaqlı, yaşıl gödəkcə,
Sifəti codlaşıb sərt küləklərdən
İri addımlarla kütləni yardı,
Saqqalı üzündə elə bil qardı.
Sanki izdihamı o şumlayırdı
Beləcə yanaşdı o, satıcıya,
"Nu, - dedi, - mənə bir rus arağı...
Satıcı heyrətlə süzdü qonağı:
Əlləri iridi, dərisi çat-çat
İri ayaqları patavalıdı
"Necə də oxşayır Heminqueyə" -
Bu sözü astadan bir dostum dedi.
Qonaqsa bir anda gözlərdən itdi.
Sonra eşitdim ki, dostum düz demiş-
O patavalı qoca Heminqueymiş...

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə