Son xəbərlər

 


Lilli gölməçənin durulanmış yerindən su içmək istəyən bülbül ya xınlıqda astadan eşidilən “qurr...” səsinə səksəndi.

 

- Hə, aydın məsələdi, bunu gözləməliydim - deyə səsini avazıtdı. Burada siz qurbağalardan başqa kim ola bilər ki?!

Çilli, cadar olmuş dərisinin zərifliyi itmiş qurbağa sanki bir qərinə arxasından ona baxaraq:  

- Orası elədir. Biz buranın nadir sakinləriyik.Buna görə ehtiyatlanmağın əbəsdir – dedi.

Bülbül önə başını uzadaraq şəstlə :

Bataqlıqda da həyat  ola bilər? Qara duman kimi buranın nə həyatı ola bilər ki?

Qurbağa bu təcrübəsiz , özündən razı quşu soyuqqanlılıqla dinləyib:

-Bax bəla da elə burasıdır.Nədənsə biz mövcud olan, çətin anlaşılan şeylərə yaşanmayan həyata etinasız, bayağı yanaşırıq. Amma düşünmürük ki ,qaranlıqda

da işıq ola bilər,elə bizim həyatımız, bizə can verən qara duman kimi.

Turac Məmnun

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə