Qirğı yüksək təpəlikdə, qayanın üzərində vüqarla ətrafı seyr edirdi.

 

Bu gün uğurlu ov ovlamış, qarnını doyurmuşdu.Balası onun ətrafında yel kimi dövrə vurub qarşısında durdu.

-Nədi ov edə bilmisən?

Bala gözünü yayındırıb özünü toxtadı.

-Hələ ki yox, amma gördün də məndən heç nə yan ötməz.

-Bala, belə də bilirdim.Qürurlusan. Amma ov etməzdən əvvəl hədəfini düzgün müəyyənləşdir.

Bu dəm yel kimi qara bir nöqtə aydın səmada göy üzündə göründü.Bala göz qırpımında onun üzünə şığıdı və şıppıltı ilə yerə düşdü.

Qırğı onun yanına gəlib yaralanmış balasının önündə durdu, qanadlarına çırpdı və  dedi:

-Sənə demədimmi hədəfini düzgün seç. Qürur heç nəyi həll etməz.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə