Son xəbərlər

 



AYB.az xəbər verir ki, iyun ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Alsunun “Quş yuxusu” kitabının təqdimat mərasimi keçirilib.

On yaşlı Alsunun ilk kitabı olan “Quş yuxsu”nda hekayələr, esselər, gülməcələr təqdim olunub. Tədbirdə tanınmış qələm adamları, ədiblər, incəsənət xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq Alsunun istedadı, yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb: “Alsu bu kitabda məndən də yazıb. O, düşünürmüş ki, “Dodaqdan qəlbə” əsərini mən yazmışam”.

Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca öz çıxışında Alsunu ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, balaca yazıçıya daha böyük uğurlar arzulayıb.

Tədbirdə Alsuya sullar da verilib. Alsu çıxışında kitabın adının da, içindəkilərin də yazılmasında valideynlərinin heç bir köməyindən istifadə etmədiyini bildirib.

Təqdimat mərasimində AYB-nin katibi İlqar Fəhmi, filologiya elmləri doktoru Buludxan Xəlilov, qocaman şair Oqtay Rza,“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı Sevinc Nuruqızı, tanınmış jurnalistlər Vüsalə Mahirqızı və Zemfira Məhərrəmli, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Zöhrə Əliyeva, əməkdar artist Feyruz Səxavət, şair Məlahət Yusifqızı çıxışlarında Alsunun qeyri-adi istedadının olduğunu ve bu istedadın Alsuya valideynlərindən keçdiyini vurğulayaraq Alsuya yeni-yeni uğurlar arzulayıblar.

Qeyd edək ki, Alsunun atası tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, anası isə “Azərbaycan qadını” jurnalının redaktor assistenti Laura Cəbrayıllıdır.

AYB.az



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə