Türkiyənin Mədəniyyət və Turizm nazirliyi və Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Azərbaycanda, Heydər Əliyev Mərkəzində Türkiyə Kültür  Günlərinin açılış mərasimi keçirilib. Mərasim  əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənərək başlayıb.  Açılış mərasimin münasibəti ilə Azərbaycana gələn, Türkiyənin Mədəniyyət və Turizm naziri Ömer Çelik çıxış eərək mədəniyyət günlərinin təşkilinin,  Türkiyə üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Ardını oxu...





 

Dünən Qırğızıstanın Azərbaycan Respubliksındakı Səfirliyində dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun azərbaycan dilində işıq üzü görmüş “Hekayələr” kitabının təqdimat mərasimi keçirildi. Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Qırğızıstan Respublikası XİN-in Avropa və Amerika ölkələri departamentinin  başçısı Kanat Tursunkulov, Qırğızıstan Respublikasının  Azərbaycandakı  Fövqəladə və səlahiyyətli səfiri  Aydjiqit  Buranov, TÜRKPA baş katibinin müavini Altınbek  Mamayusupov, səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Yusif Təhməzov və dəvətli oaraq AYB sədri, xalq yazıçısı Anar, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millıət vəkili Nizami Cəfərov, millət vəkili Çingiz Qənizadə, “Altun Kitab” nəşriyyatının direktoru, f.f.d Rafiq İsmayılov, BSU-nun professoru Rüstəm Kamal, “Aydın Yol” qəzetinin baş redaktor müavini Qurban Yaquboğlu və kitabı tərcümə edənlər – şair-tərcüməçi İbrahim İlyaslı, SDU-nun müəllimi Təranə Quliyeva iştirak etdilər.

Ardını oxu...






    AYB.az saytının verdiyi məlumata görə noyabrın 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli ədəbiyyatşünas-alim Arif Əmrahoğlunun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Ardını oxu...





AYB.az saytı xəbər verir ki, noyabr ayının 6-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ilin yanvar ayında elan olunmuş müsabiqəyə təqdim edilmiş “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında “erməni məsələsi” adlı layihə çərçivəsində nəşr olunmuş Beynəlxalq Elmi Konfransın materiallarının təqdimat mərasimi keçirilib.

Ardını oxu...




AYB.az saytı xəbər verir ki, oktyabr ayının 17-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli ədəbiyyatşünas, tərcüməçi, türkoloq-alim Əkbər Babayevin anadan olmasının 90 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

Ardını oxu...





 

    AYB.az saytı xəbər verir ki, oktyabr ayının 16-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda böyük türk şairi Fazil Hüsnü Dağlarcanın 100 illik yubiley mərasimi keçirilib.

Ardını oxu...


AYB.az saytı xəbər verir ki, oktyabr ayının 15-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, ədəbiyyatşünas, tərcüməçi, Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki Adil Cəmilin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Ardını oxu...