Yanvarın 29-da, saat 19:00-da yazıçı Xeyrəddin Qocanın anadan olmasının 65, yaradıcılığının 45 illiyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində yubiley gecəsi keçiriləcək.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə keçirilir.

Yubileyə görkəmli ziyalılar – yazıçılar, elm və sənət adamları, millət vəkilləri, dövlət adamları dəvət olunublar.

Yubiley gecəsində xalq artisti Möhlət Müslümovun bədii rəhbərliyilə Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı, xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Babək Niftəliyev, xanəndələr Ehtiram Hüseynov, Güllü Muradova, İlkin Əhmədov, Elnarə Abdullayeva çıxış edəcəklər.

AYB.az






AYB.az saytı xəbər verir ki, yanvar ayının 19-da Azərbaycan Yazıçılar Birliyində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ardını oxu...







AYB.az xəbər verir ki, yanvar aynıın 18-də Kitabevim.az kitab marketində aybKitab və kitabevim.az saytının təşkilatçılığı ilə yazıçı, jurnalist Gülşən Behbudun aybKitab layihəsi çərçivəsində nəşr edilmiş “O bir qəhrəman” kitabının imza günü keçirilib.

Ardını oxu...



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Ardını oxu...





Azərbaycan Yazıçılar Birliyinin üzvü, bu günlərdə daha bir kitabı ilə oxucularla görüşən istedadlı gənc yazıçı Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı “Toplan” adlı pyesi Cənubi Azərbaycanın tanınan “Mika” kukla-sənət qrupunun teatrında səhnəyə qoyulur.

Ardını oxu...








 “Xalq Əmanəti” layihəsinin on birinci nəşri XX əsrin görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı, tükənməz yaradıcı enerjisi ilə qəlbləri fəth etmiş Xəlil Rza Ulutürkün ədəbi irsinə həsr olunub. Dekabr ayının 26-da oxuculara təqdim edilən dördüncü ədəbi topluda Xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb. Xəlil Rza Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan Xəlil Rza Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib. Onun zəngin obrazlı-poetik aləminə səyahət mənəvi dünyagörüşünü işıqlandırmaq, zənginləşdirmək, eyni zamanda saflaşdırmaq deməkdir. Məhz buna görə Xəlil Rza Ulutürkün irsinə olan oxucu marağı tükənmir.

Ardını oxu...