AYB.az saytı xəbər verir ki, oktyabr ayının 10-da Azərbaycan Yazıçılar Birliyində MDB-nin Parlamentlərarası Assambleyasının ölkəmizdə keçiriləcək növbəti toplantısı üçün müxtəlif ölkələrdən təşrif buyuran millət vəkilləri qonaq olublar.

 

Görüşdə Belarus Respublikasından Devyatovskiy V.A. (Səhiyyə, bədən tərbiyəsi, ailə və gənclər siyasəti üzrə Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatası Daimi komissiyasının sədr müavini), Qazaxıstan Respublikasından Aysina M.A. (Sosial-mədəni inkişaf üzrə Qazaxıstan Respublikası Parlament Məclisi Komitəsinin üzvü), Yerqaliyev J.Y. (Sosial-mədəni inkişaf və elm üzrə Qazaxıstan Respublikası Parlament Senatı Komitəsinin üzvü), Qırğızıstan Respublikasından Bekeşev D.D. (İqtisadi və fiskal siyasət üzrə Qırğızıstan Respublikası Joqorku Keneş Komitəsinin üzvü, MDB PA-da Qırğızıstan Respublikasının gənclərdən ibarət parlament nümayəndə heyətinin rəhbəri). Kadırov B.S. (Beynəlxalq məsələlər üzrə Qırğızıstan Respublikası Joqorku Keneş Komitəsinin sədr müavini), Moldova Respublikasından Lipçiu İ.N. (MDB PA Şurası Baş katibinin müavini, Moldova Respublikası Parlamentinin MDB PA-dakı nümayəndəsi), Rusiya Federasiyası Federasiya Şurasından Tarlo Y.G. (İqtisadi siyasət üzrə Rusiya Federasiyası Federal Məslisi Federasiya Şurası Komitəsinin üzvü), Şeblıgin S.Y. (Elm, təhsil və mədəniyyət üzrə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası Komitəsinin üzvü), Dövlət Dumasından Drapeko Y.Q. ( Mədəniyyət üzrə Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması Komitəsinin birinci sədr müavini), İvanov N.N. (Mülkiyyət məsələləri üzrə Rusiya Federasiyasıı Federal Məclisi Dövlət Duması Komitəsinin üzvü), Rodnina İ.K. (MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması Komitəsinin üzvü), Şlegel R.A. (MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması Komitəsinin üzvü),

Tacikistan Respublikasından Kərimov M. (Elm, təhsil və gənclər siyasəti üzrə Tacikistan Respublikası Parlamentinin Nümayəndələr Palatası Komitəsinin üzvü), MDB PA Şurası Katibliyinin əməkdaşları – Cəfərov A.M.(MDB PA Şurası Baş Katibinin müavini, AR Milli Məclisinin MDB PA nümayəndəsi), Satvaldiyev N.A. (MDB PA Şurası

Baş katibinin müavini, Qırğızıstan Respublikası Joqorku Keneşinin MDB PA-dakı nümayəndəsi, Pşenko K. A. (MDB PA Şurası Katibliyinin ekspert-analitik idarəsinin şöbə müdiri), Nazarov O.Y. (MDB PA Şurası Katibliyinin parlament əməkdaşlığı idarəsinin nümayəndələrlə iş üzrə şöbəsinin mütəxəssis-eksperti), Vuss G.V. ( RF Federal Dövlət Unitar Təşkilatının sektor müdiri), Karpova Q.A. (Sankt Peterburq Dövlət Universitetinin Turizm fakültəsinin dekanı,

Kostryukova O.N. (Sankt Peterburq Dövlət Universitetinin Turizm fakültəsinin dekanı, Raykova Q.A. (“Avrasiya Kitabxana Assambleyası” Qeyri-kommersiya partnyorluğunun baş direktoru, Tverdınin M.M. (“İnternet texnologiyaları Mərkəzi” regional İctimai təşkilatının idarə heyətinin sədri, Buyanov M.S. (РОЦИТ-in hüquq şöbəsinin rəhbəri, Suxaryiv Y.A. (Moskva Dövlət Dillər Universitetinin prorektoru, Nazim Səmədov (AR Mədəniyyət və Turizm nazirinin müavini), Tolonovna A.T., Elmira Axundova (Milli Məclisin üzvü), xalq yazıçıları Anar, Çingiz Abdullayev, yazıçılardan İlqar Fəhmi, Natiq Rəsulzadə və başqaları iştirak ediblər.

Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra onlara Azərbaycan Yazıçılar Birliyinin yaranma tarixi, nəşrləri, Azərbaycan dövlətinin ədəbiyyata qayğısı haqqında məlumat verib: “Axırıncı Qarabağ xanının qızı şairə, rəssam Natavanın adını daşıyan klubda sizləri salamlamaqdan məmnunam. XIX əsrdə yazıb-yaratmış Natəvan “Məclisi-üns “ dərnəyinin yaradıcısı olub. O, bizim bugünki Yazıçılar Birliyi kimi fəaliyyət göstərib. 1934-cü ildə yaradılan təşkilatımızın 1700-dən artıq üzvü var. Azərbaycan dilində üç, rus dilində bir jurnal və iki qəzetimiz mütəmadi olaraq nəşr olunur. Azərbaycan Yazıçılar Birliyinin nəzdində Tərcümə Mərkəzi fəaliyyət göstərir. AYB-nin xətti ilə müxtəlif antologiyalar, kitablar, həmçinin görkəmli qırqız yazıçısı Çingiz Aytmatova həsr olunana kitab nəşr olunub. Bütün bunlar Azərbayan ədəbiyyatına dövlət qayğısının bariz nümunəsidir”.

Səmimi şəraitdə keçən görüşdə keçmiş SSRİ xalqlarının ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin tarixi, bugünki inkişaf perspektivləri müzakirə olundu, təkliflər dinlənildi.

 

AYB.az

Məlahət Qənbərova

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə