Yazıçı Sahilənin yeni kitabı işıq üzü görüb.

aybKİtab layihəsinin çap etdiyi “Çevriliş” adlı (roman) kitabın bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimatı olub. Tədbiri aybKitab layihəsinin müəllifi Xəyal Rza aparıb. Taqdimatda AYB katibi İlqar Fəhmi, tənqidçi Vaqif Yusifli, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, yazıçı Almaz Əliyeva, şairə Kəmalə Abiyeva, gənc yazıçılar Aysel Əlizadə, Cəlil Cavanşir, Qan Turalı çıxış edərək yeni romanla bağı fikirlərini bildiriblər. Sonra yazıçı yeni kitabını oxucuları üçün imzalayıb.

Qeyd edək ki, “Çevriliş” iki gün sonra “Kitabevim.az” və “Bayatı” kitab dükanlarında satışda olacaq.

aybKİtab.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə