Azərbaycanın Xalq Yazıçısı Anar MDB Parlamentlərarası Assambleyasının (PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb. AYB.az AzərTac-a istinadən xəbər verir ki, mükafat MDB PA-nın 41-ci plenar iclası çərçivəsində təqdim olunub.

Çingiz Aytmatov adına mükafatı Azərbaycan yazıçısına Sankt-Peterburqun Tavriçeski sarayında MDB Parlamentlərarası Şurasının sədri Valentina Matviyenko və Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov təqdim ediblər.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə