AYB.az saytı xəbər verir ki, yanvar ayının 9-da Azərbaycan Yazıçılar Birliyində Finlandiyada nəşr olunan “Azərbaycanın lirika antologiyası”nın təqdimat mərasimi keçirilib.

    “Ntamo” nəşriyyatında  nəşr olunan “Azərbaycanın lirika antologiyası”nı Tahirə Cəfərova tərtib edib. Antologiyada iyirmi yeddi şairin – klassik, sovet və çağdaş şairlərin şeirləri yer alıb. Şeirləri fin dilinə Tahirə Cəfərova, Leevi Lehton, Hannu Məkələ, Yukka Mallinen, Timo Malmi tərcümə ediblər.

    Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra “Azərbaycanın lirika antologiyası”nı tərtib edən Tahirə Cəfərovaya təşəkkür edib, ona Azərbaycan Yazıçılar Birliyinin diplomunu və gül dəstəsini təqdim edib.

    Səlim Babullaoğlu çıxışında fin dilində ilk dəfə belə bir antologiyanın nəşrini tədqirəlayiq hal olduğunu qeyd edib, bu işin ardıcıl olmasını arzulayıb.

    Təqdimat mərasimində  Fikrət Qoca, Vahid Əziz, Hamlet İsaxanlı, Əsəd Cahangir çıxış edərək Tahirə Cəfərovaya böyük bir vətənpərvərlik göstərdiyi üçün, min illik Azərbaycan poeziyasını Finlandiya oxucusuna tanıtdığı üçün təşəkkür ediblər.

    Mərasimin sonunda çıxış edən Tahirə Cəfərova tədbirin keçirilməsinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkür edib.

 

AYB.az

Məlahət Qənbərova

 

      

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə