AYB.az xəbər verir ki, yanvar aynıın 18-də Kitabevim.az kitab marketində aybKitab və kitabevim.az saytının təşkilatçılığı ilə yazıçı, jurnalist Gülşən Behbudun aybKitab layihəsi çərçivəsində nəşr edilmiş “O bir qəhrəman” kitabının imza günü keçirilib.

Kitab Azərbaycanın igid oğlu İbad Hüseynlinin həyatından bəhs edir. Kitabda müxtəlif tanınmış insanların İbad Hüseynli haqqında məqalələrinə də yer verilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin və aybKitab layihəsinin rəhbəri Xəyal Rza aybKitab layihəsi və yeni nəşr edilmiş “O bir qəhrəman” kitabı haqqında danışıb. Sonra söz kitabın müəllifi Gülşən Behdbuda verilib. Gülşən xanım İbad Hüseynlinin qəhrəmanlığından, kitabda məqalələri yer almış müəlliflərin İbad Hüseynli haqqındakı fikirlərindən söz açıb.

Tədbirdə tanınmış qələm adamları, jurnalistlər, yazıçı və şairlər çıxış ediblər.

Daha sonra Gülşən Behbud iştirakçlar üçün kitabları imzalayıb.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə