AYB.az saytı xəbər verir ki, yanvar ayının 22-də Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin İclası keçirilib.

 

    Gündəlikdəki məsələlər  – “Ədəbiyyat qəzeti”nin baş redaktorunun təsdiqi və internet resurslarının təkmilləşdirilməsi məsələlərinin müzakirəsi idi.

    Müzakirə zamanı “Ədəbiyyat qəzeti”nin baş redaktor əvəzi Azər Turan yekdilliklə qəzetin baş redaktoru vəzifəsinə təsdiq olunub.

    İnternet resurslarının təkmilləşdirilməsi məsələsinin müzakirəsi zamanı qərara alınıb ki, AzYB.net saytı yenilənsin. Vikipediyada Azərbaycan yazarları haqqında məlumatlar, yaradıcılıqlarından nümunələr müntəzəm olaraq bir neçə dildə təqdim edilsin.

 

AYB.az

Məlahət Qənbərova



Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə