Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, Mahmud Kaşkari adına Beynalxalq Fondun sədr müavini Xəyal Rza Ukrayna Respublikasının Kiyev şəhərinə səfər ediblər. İşgüzar görüşlər çərçivəsində Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli ilə və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri namizədi Hikmət Cavadovla görüş keçirilmişdir. Səfir Eynulla Mədətli Azərbaycan Yazıçılar Birliyinin aybKitab layihsəinin Azərbaycan ədəbiyyatının təbliğ olunması baxımından vacibliyini vurğulayıb və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrə səfirliyin də lazimi dəstək verəcəyini bildirib.

Daha sonra Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində geniş tərkibdə görüş keşrilib. Hikmət Cavadov qonaqlara Diasporun fəaliyyəti ilə bağlı məlumat verib. Müzakirələr zamanı Azərbaycan Yazıçılar Birliyi, Mahmud Kaşkari adına Beynəlxalq Fondu ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, Mahmud Kaşkari adına Beynəlxalq Fondun sədr müavini Xəyal Rza ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov imzalanmış müqaviləyə əsasən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu Azərbaycan Yazıçılar Birliyinin aybKitab layihəsinə yaxından dəstək verəcək. Bu dəstək çərçivəsində aybKitab stendinin Ukraynada təşkili və açılışı, aybKitab layihəsi çərçivəsində nəşr olunan kitabların Ukraynada yayımının təşkili, hər üç aydan  bir kitabı nəşr olunmuş müəlliflərin Ukraynada imza gününün təşkil edilməsi nəzərdə tutulur.

Bundan başqa Azərbaycan Yazıçılar Birliyinin ayb.tv kanalı ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporuna məxsus diaspora.tv kanalının yaxından əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi, eyni zamanda Mahmud Kaşkari adına Beynəlxalq Fond ilə ədəbi müsabiqələrin təşkil olunması da Əməkdaşlıq Müqaviləsində öz əksini tapıb.

Fevral ayının 18-də, saat 12:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda  Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun iştirakı ilə Əməkdaşlıq Müqaviləsi mətbuata təqdim ediləcək.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə