Bir müddət öncə Azərbaycan Yazıçılar Birliyi ilə İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) arasında bağlanmış Əməkdaşlıq Müqaviləsinə əsasən qurumlar birgə fəaliyyətini uğurla davam etdirir.

Layihə çərçivəsində İLESAM başqanı, şair Mehmet Nuri Parmaksızın Azərbaycan dilinə tərcümə olunmuş “Həsrət, Eşq və Süküt” adlı kitabı işıq üzü görüb. Kitabı tərcümə edən Gülnar Səma, redaktoru Ələmdar Cabbarlıdır. Qeyd edək ki, “Həsrət, Eşq və Süküt” aybKİtab layihəsi çərçivəsində çap olunmuş sayca XVII kitabdır. Layihənin rəhbəri Xəyal Rzadır. Sentyabrın 16-da, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan kludunda “Həsrət, Eşq və Süküt” kitabının təqdimatı və imza günü keçirilicək. Eyni gün saat 17:00-da isə IV Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, aybKitab stendində Mehmet Nuri Parmaksızın iştirakı ilə imza günü təşkil ediləcək.

IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 16-da, saat 16:00-da Əl Oyunları İdman Sarayında açıq elan ediləcək və 18 sentyabr, saat 18:00-da yekunlaşacaq.

 

ayb.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə