16-18 sentyabr tarixində Bakıda - Əl Oyunları İdman Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.

Sərgidə Rusiya, Türkiyə, İran, Makedoniya, Serbiya, Yunanıstan da daxil olmaqla 30-a yaxın ölkə nəşriyyatı və digər qurumlar iştirak edib. 16 sentyabr tarixində Əl Oyunları İdman Sarayının önündə yüzlərlə oxucunun iştirakı ilə sərginin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq yazıçı Çingiz Abdullayev və digər tanınmış qələm adamları iştirak ediblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkmizin ev sahibliyi etdiyi Beynəlxalq tədbirlərdən söz açıb. Nazir kitaba olan marağın artılıması üçün Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkasının böyük əhəmiyyət daşıdığını qeyd edib. 3 gün davam edən sərgiyə oxucular böyük maraq göstəriblər. Azərbaycan Yazıçılar Birliyini sərgidə aybKitab stendi təmsil edib. aybKitab tərəfindən layihə çərçivəsində çap edilmiş müəlliflərdən Çingiz Əlioğlunun “Qonşunun iti”, Vaqif Bəhmənlinin “Belə yaxşıdır”, Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng”, Rəşad Məcidin “Çiyələk qadın”, Elçin İsgəndərzadənin “Sevənlərə”, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) başqanı Məhmət Nuri Barmaqsızın “Həsrət, Eşq və Süküt”, Səidə Haqevrdiyevanın “İsanın yatağındakı ilahə”, Arzu Hüseynin “Sonu əlvida”, Emin Pirinin “Tanrının kölgəsi”, Mətanət Ulu Şirvanlının “Ağ ayaqqabı”, Esmira Rəhimlinin “İstanbul sevdası”, Rauf Qəribin “Silə” kitablarının imza günləri keçirilib.

Sərgidə həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

Sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları, müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olublar.

Sonda IV Bakı Beynəlxalq kitab-sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib.

AYB.az
















Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə