Oktyabr ayının 10-da Türkiyənin paytaxtı Ankara şəhərində ağır terror hadisəsi baş verib. Dinc aksiya zamanı törədilmiş partlayışlar nəticəsində 100 nəfərdən çox insan həyatını itirib, 200 nəfərdən çox insan yaralanıb.

 

Azərbaycan Yazıçılar Birliyi qanlı terror aktından son dərəcə hiddətləndiyini bildirir, bu ağır gündə bütün Azərbaycan xalqının, o cümlədən Azərbaycanın ziyalılarının, söz və qələm adamlarının qardaş Türkiyə xalqının yanında olduğunu bəyan edir, Türkiyə xalqının ağır kədərini bölüşür, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir.

Allah rəhmət eləsin!

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə