Oktyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Türkiyədən qonaq gəlmiş tanınmış şair və bəstəkarları qəbul edib.

İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) başqanı, şair Mehmet Nuri Parmaksız AYB sədrinə qonaqları təqdim etdikdən sonra səfərlərinin məqsədi barədə ətraflı məlumat verib. Mehmet Nuri bəy İLESAM-la Azərbaycan Bəstəkarlar İttifaqı arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Mahnıdan – Şarkıya layihəsinin əhəmiyyətli tərəflərindən söz açıb: “Azərbaycandan alıtı tanınmış şairin şeirinə Türkiyənin altı bəstəkarı mahnı bəstələdi. Eyni zamanda Türkiyənin altı tanınmış şairinin şeirinə altı Azərbaycan bəstəkarı mahnı bəstələyib. Və hər iki dildə yazılmış şerilər tərcümə edilmədən oxunacaq. Türk Dünyası Konsertləri silsiləsi çərçivəsində tədbirlərimiz olacaq. Bunlardan ilki Bakı konsertidir. Beynəlxalq Muğam Mərkəzində keçiriliəcək möhtəşəm bir proqram hazırlamışıq. İkinci konsertimiz isə 19 noyabr tarixində ankarada baş tutacaq. Bu konserti TRT Avaz kanalı vasitəsilə hər kəs canlı izləyə biləcək”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qonaqlarla tanışlığından, onların Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Xalq yazıçısı iki ölkə arasında ədəbi və mədəni əlaqələrin inşifı üçün belə layihələrin vaibliyini vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin fəaliyəti, mətbu oraqnları, nəzərdə tutulmuş layihələri barədə qonaqları məlumatlandıran AYB sədri İLESAM-la nəzərdə tutulmuş iş birliyindən də söz açıb.

Sonda qonaqlarla xatirə şəkili çəkilib.

 

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə