Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının, Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə layihəsi təqdim olunub.

Gecənin aparıcısı İLESAM-ın Azərbaycan təmsilçisi, şair Xəyal Rza layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.  
Bildirilib ki, "Mahnıdan-Şarkıya" adlı birgə layihədə Azərbaycan şairlərinin sözlərinə türk bəsəkarlarının, türk şairlərinin sözlərinə isə Azərbaycan bəstəkarlarının yazdıqları mahnılar səsləndirilib.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edib: “Ölkımizə qonaq gəlmiş dəyərli sənət adamlarını salamlayıram. Bu layihənin gerçəkləşməsinə çox şadam. Ümid edirəm ki, bu, bizim uzunmüddətli iş birliyimizin başlanğıcıdır”.

İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız isə layihənin həyata keçirilməsinə dəstək verən TİKA və TÜRKSOY-a və T.C Başbakanlıq Tanıtma Fonduna təşəkkür edib.

Qeyd olunub ki, konsertin ikincisi noyabrın 19-da Ankarada baş tutacaq və TRT AVAZ-la canlı yayımlanacaq. 2016-cı ildə isə layihənin Şimali Kiprdə və digər türk dilli ölkələırdə davam etdirilməsi nəzərdə tutulub.

Daha sonra konsert proqramı təqdim olunub. Konsertdə bəstəkarlar Firəngiz Əlizadə, Cavanşir Quliyev, Həsənağa Adgözəlzadə, Sərdar Fərəcov, Cəlal Abbasov, Elza Seyidcahan, Rüfət Ramazanov, Uğur Top, Pınar Köksal, Zekai Tunca, Faruk Şahinin mahnıları səsləndirilib.

Qeyd edək ki, şairlər, Məmməd Araz, Rəsul Rza,  Nigar Rəfibəyli, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Əhməd Cavad, Yunus Emre, Nedim Ucar, Durmuş Kaya, Sevinc Atan, Sevim Yakıcı, Serdar Öncülün sözlərinə yazılmış bəstələri Çiğdəm Gürdal, Oya Ergen, Sərxan Bünyadzadə ifa edib.

AYB.az


Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə