Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qocanın Rusiyanın paytaxtı Moskva şəhərində 80 illik yubileyi qeyd olunacaq.

Bu barədə AYB.az saytına Xalq şairi özü məlumat verib. Xalq şairi bildirib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Rusiyadakı səfirliyimizin və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin təşkilatçılığı ilə tədbir 29 oktyabr tarixində Mərkəzi Yazıçılar Evində keçiriləcək. Azərbaycan Yazıçılar bİrliyinin sədri, Xalq yazıçısı Anarın da qatılacağı yubiley tədbirində Moskva Yazıçılar Birliyinin sədri, eləcə də Rusiyanın tanınmış qələm adamları iştirak edəcəklər. Tədbirdə xalq artistləri Mələkxanım Əyyubova və Azər Zeynalov Xalq şairinin sözlərinə yazılmış mahnıları ifa edəcəklər, əməkdar artist Ağalar Bayramov Fikrət Qocanın şeirlərindən seçmələr söyləyəcək.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə