Son xəbərlər

 

Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti toplantısı keçirilib.

Toplantıda bir sıra məsələlərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə təyinat da müzakirə edilib. Komissiyanın üzvü, “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır”, ”Cənab Leytenant” mahnılarının müəllifi Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib. Xatırladaq ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.

AYB Mətbuat Xidməti

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə