AYB.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Ajkademiyasinin (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron akt zalında görkəmli Qazax yazıçısı və ictimai xadim Oljas Süleymenovla elmi ictimaiyyətin görüşü olub.

Təbir iştirakçıları əvvəlcə AMEA-nın Əsas binasının foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət ediblər.

Azərbaycan və Qazaxıstan elmi ictimaiyyətinin nümayəndələri Akademiyanın elmi-tədqiqat institutlarının nailiyyətlərini əks etdirən Elm sərgisi ilə tanış olublar.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,akademik İsa Həbibbəyli açaraq görkəmli qazax yazıçısı Oljas Süleymenovun 80 illik yubileyinin qazax xalqının nümayəndələri ilə birlikdə təntənəli surətdə qeyd edilməsini əlamətdar hadisə kimi səciyyələndirib, ədibin elmi və ədəbi yaradıcılığından ətraflı bəhs edib. Görkəmli yazıçının əsərlərinin Azərbaycanda da sevilə-sevilə oxunduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli Oljas Süleymanovun əsərlərinin Azərbaycan dilində dəfələrlə böyük tirajla çap olunduğunu qeyd edib. Bildirilib ki, yazıçının «Az-ya» kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» sərəncamına əsasən 2007-ci ildə 25 min tirajla çap edilərək geniş ictimaiyyətə və oxuculara çatdırılıb. Vaxtilə ulu öndər Heydər Əliyevin yüksək dəyərləndirdiyi görkəmli yazıçının xidmətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəhəmişə qiymətləndirildiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli bü gün türk xalqlarının nümayəndələri  içərisində Oljas Süleymenovun xüsusi yerinin olduğunu diqqətə çatdırıb. Oljas Süleymanovu qardaş Qazaxıstanın dünya şöhrətli şairi və böyük mütəfəkkir ziyalısı adlandıran akademik İsa Həbibbəyliədibin beynəlxalq miqyasda, dünya masştabında qəbul olunmuş ictimai xadim və qədim tarixi ənənələrə malik olan türk dünyasının müasir epoxadakı görkəmli nümayəndəsi olduğunu bildirib.Akademik İsa Həbibbəyli vurğulayıb ki, Oljas Süleymanovun Qazax ədəbiyyatının və ictimai fikrinin qiymətli nümunələri olan əsərləri dünya ədəbiyyatını, türk xalqlarının ədəbiyyatını zənginləşdirir. 

Akademik İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 22 aprel 2016-ci il tarixli qərarı ilə görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Omaroviç Süleymanova Azərbaycanda müstəqillik ideallarının möhkəmləndirilməsində, ədəbiyyatın və ictimai fikrin inkişafında görkəmli xidmətlərinə görə fəxri doktoru elmi dərəcəsi verildiyini açıqlayıb. Bu münasibətlə institut rəhbəri “Fəxri doktor” diplomu vəxüsusi hazırlanmış mantiyanı Oljas Süleymenova təqdim edilib.

Sonra Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Aida Feyzullayeva, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru, akademik Qalımqair Mutanov, Bakı Dövlət Universitetinin rektoru, akademik  Abel Məhərrəmov, Atatürk Mərkəzinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya elmləri doktoru Şirindil Alışanlı, filologiya elmləri doktoru Nizami Tağısoy çıxış edərəkOljas Süleymenovun zəngin yaradıcılığının müxtəlif istiqamətləri barədə  ətraflı danışıblar.

Sonda görkəmli qazax mütəfəkkiri Oljas Süleymenov çıxış edərək səmimi qarşılandığına,  ona göstərilən diqqət və qayğıya, “Fəxri doktor” elmi dərəcəsinə görə Milli Elmlər Akademiyasının rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Tədbirdə qarşılıqlı olaraq xatirə hədiyyələri, kitablar təqdim edilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, səfirlik əməkdaşları, elmi ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir boyu böyük qazax şairi Oljas Süleymenovun həyat yolunu əks etdirən video və fotoslaydlar nümayiş etdirilib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə