Son xəbərlər

 


Müdafiə naziri Zakir Həsənov oktyabrın 27-də Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvləri ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, qonaqlar Silahlı Qüvvələrin Baş Qərargahının binasında yaradılan Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu muzeyi ziyarət edib, həmçinin Silahlı Qüvvələrimizin inkişafından bəhs edən filmə baxıblar. 

Dəyirmi masa ətrafında davam edən görüşdə nazir qonaqlara Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduda ciddi islahatların aparılmasına dair verdiyi tapşırıqların icrası ilə əlaqədar görülən işlər, hərbi qulluqçuların sosial-məişət və xidməti şəraiti, həmçinin döyüş fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar və perspektivlər barədə ətraflı məlumat verib.

Görüşün əhəmiyyətindən danışan AYB-in sədri, Xalq Yazıçısı Anar bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ziyalılar, ictimai xadimlər Azərbaycan əsgərinin yanında olmaqla bərabər, gənclərimizin, gələcək nəslin vətənpərvərlik ruhunda, döyüş əzmində tərbiyə olunmasında müstəsna rol oynamalıdırlar və bu iş daim həyata keçirilməkdədir.

Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə və Sabir Rüstəmxanlı, Xalq yazıçıları Çingiz Abdullayev və Mövlud Süleymanlı, eləcə də akademiklər Teymur Bünyadov və İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, Birliyin katibi Rəşad Məcid, Nazim İbrahimov, Rauf Aslanov, Səlim Babullaoğlu, Şahin Əbilov, Azər Turan, Tofiq Məlikli və Xəyal Rza Silahlı Qüvvələrlə yazıçılar, şairlər, ziyalıların əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan danışaraq cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndirib, fikir mübadiləsi aparıblar.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə