Son xəbərlər

 

Hal-hazırda Təzəpir məscidində şair İlyas Tapdıqla vida mərasimi keçirilir. Vida mərasiminə mərhumun qohumları, dostları ailə üzvləri qatılıb.

 

Vida mərasimində çıxış edən dramaturq Firuz Mustafa bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib:

“Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının ağırlığı İlyas Tapdığın çiyinlərinə düşdü. İlyas Tapdıq Azərbaycan poeziyasının görkəmli nümayəndəsi idi”.

Yazıçı Əfqan Əsgərov İlyas Tapdığın ölümünə inana bilmədiyini söyləyib: “İlyas böyük ürək sahibi, qohumcanlı, vətəncanlı, dostcanlı bir insan idi. İlyas çoxdan əbədilik qazanıb”.

Mərhumun digər qələm yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra İ. Tapdıq Badamdar qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.
Xatırladaq  ki, İlyas Tapdıq dünən dekabrın 25-də axşam saatlarında evində vəfat edib.
AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə