Son xəbərlər

 

Əbülfəz Qarayev: "Artıq bu mükafat cəmiyyətdə layiqli yerini tutub"

 Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində "Qızıl Kəlmə" Ədəbi Mükafatının qalibləri təltif olunub. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, "Qızıl Kəlmə" Ədəbi Mükafatı 2008-ci ildə təsis olunub, 2009-cu ildə ilk qaliblər müəyyən edilib. Əsasnaməyə uyğun olaraq iki ildən bir keçirilən müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsidir, çağdaş milli ədəbiyyatının ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, müasir qələm sahiblərini geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Müsabiqənin bütün proseduru nazirlik tərəfindən təsdiq edilmiş "Əsasnamə"  əsasında tənzimlənir. "Qızıl Kəlmə" Ədəbi Mükafatın nazirliyin rəhbərliyi və nüfuzlu qələm sahiblərindən ibarət 11 nəfərlik münsiflər heyəti vardır. Ədəbi mükafat nəsr, poeziya, ədəbi tənqid və publisistika, orjinaldan bədii tərcümə, uşaqlar üçün yazılmış bədii əsərlər olmaqla 5 nominasiyanı əhatə edir. Nazir bildirib ki, 2009-cu ildə müsabiqəyə cəmi 40 əsər təqdim edilmişdisə, hazırda təqdim edilən əsərlərin sayı yüzü ötüb. Təqdim olunan əsərlərin hamısı dəyərlidir. Odur ki, münsiflər heyətinə seçim etmək elə də asan başa gəlməyib. Ümid edirəm ki, bundan sonra da yaradıcılıq axtarışları davam edəcək". Ə.Qarayev deyib ki, Azərbaycan dövlətinin mədəniyyət sahəsində apardığı siyasət, prezident İlham Əliyevin yürütdüyü siyasət, daim vacib məsələlərin təşəbbüsçüsü kimi çıxış edən Birinci-vitse prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan mədəniyyətinin naliyyətləri ölkə hüdudlarından kənara çıxıb. Hazırda Azərbaycan mədəniyyəti dünya ölkələri sırasında aparıcı qüvvəyə çevrilib. Azərbaycan dövlətinin mədədniyyət sahəsində yürütdüyü siyasət dünya ölkələri üçün bir örnəkdir. Nazir bildirib ki, mayın 5-də Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.  Forum çərçivəsində dünyanın 700-dən artıq nüfuzlu şəxsi Azərbaycana gələcək. Bu tədbir beynəlxalq humanitar təşkilatların təşəbbüsü ilə keçirilir: "Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması istiqamətində də nazirlik tərəfindən müxtəlif proqramlar həyata keçirilir. Artıq bir sıra ədəbi nümunələrimiz beynəlxalq mükafata layiq görülüb. "Qızıl Kəlmə"  Ədəbi Mükafatı da bu mükafatlardan geri qalmır. Artıq bu mükafat da cəmiyyətdə özünə layiq yer tutub". Nazir bildirib ki, sayca beşinci "Qızıl Kəlmə" Ədəbi Mükafatı 4 noyabr 2016-cı ildə elan olunub. 10 aprel 2017-ci ilə qədər 100 adda əsər qəbul edilib. Cari ildə də ənənəyə uyğun olaraq qaliblərin mükafatlandırılması ümumilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Ümid edirəm ki, bu əsərlər geniş oxucu tərəfindən rəğbətlə qarşılanacaq, ədəbi mühitin inkişafında layiqli yer tutacaq". Sonra müsabiqənin qalibləri  elan edilib. Beləliklə, nəsr əsərləri nominasiyası üzrə Sona Vəliyevanın "İşığa gedən yol"kitabı,  Vaqif Nəsibin "Sənzislik, mənsizlik, onsuzluq" romanı, Əkrəm Qaflanoğlunun "Talelər kəsişəndə" kitabı qalib elan edilib. Bundan başqa, poeziya, ədəbi tənqid və publisistika, orjinaldan bədii tərcümə, uşaqlar üçün yazılmış bədii əsərlər  nominasiyaları üzrə qaliblər müəyyən edilib. Həmçinin 2 yaradıcı insana "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülü verilib.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə