Son xəbərlər

 

Mayın 5-də Azərkitab – kitab təbliğat mərkəzinin ofisində Azərbaycan Yazıçılar Birliyi ilə Azərkitab – kitab təbliğat mərkəzi arasında Memorandum imzalanıb. Azərkitab – kitab təbliğat mərkəzinin qurucusu Sabir Həsənov Azərkitabın yaranma ideyasından danışıb, yaxın zamanlara planlaşdırılan layihələrlə bağlı geniş məlumat verib. Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin və aybKİtab layihəsinin rəhbəri Xəyal Rza önəmli layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyətin, geniş əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd olunub ki, Azərkitab – kitab təbliğat mərkəziilə həyata keçiriləcək bir çox önəmli layihələrlə yanaşı aybKitab layihəsinin inkişafı üçün də geniş əməkdaşlıq ediləcək. Çağdaş Azərbaycan ədəbiyyatının təbliğ olunması, kitaba olan marağın artırılması, gənc müəlliflərin imza günlərinin təşkil edilməsi istiqamətində görüləcək işlər də Memorandumda öz əksini tapıb. Bundan başqa Azərbaycan Yazıçılar Birliyinin elektron mətbuatı - ayb.az, aybkitab.az saytları da Azərkitab – kitab təbliğat mərkəzi ilə əməkdaşlığı genişləndirəcək, qarşılıqlı layihələr həyata keçirəcək.  Daha sonra aybKİtab layihəsinin rəhbəri Xəyal Rza və Azərkitab – kitab təbliğat mərkəzinin rəhbəri Sabir Həsənov Memorandumu imzalayıblar.   

 

AYB.az 









Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə