Son xəbərlər

 

Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda istedadlı yazıçı-publisist, əməkdar jurnalist Fazil Güneyin “Qara qan - trilogiya” kitabı təqdim edilib. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıb. O, Fazil Güneyi uzun illərdir tanıdığını, onunla bir çox səfərlərdə yol yoldaşı olduğunu vurğulayıb: “Fazil müəllim istedadlı qələm sahiblərindən biridir. Biz “525-ci qəzet”də indi təqdim olunan romandan parçalar da dərc etmişik. Bu kitabın Azərbaycan oxucuları üçün qiymətli bir kitaba çevriləcəyinə inanıram və müəllifi təbrik edirəm”. Sonra tədbirin aparıcılığı görkəmli şair Çingiz Əlioğluna həvalə edilib. Çingiz Əlioğlu Fazil Güneyin həyat və yaradıcılığı haqqında danışıb, müəllif və yeni kitab haqqında müsbət fikirlərini dilə gətirib. Türk Xalqları Beynəlxalq Assambleyasının prezidenti Yəhya Yusif Canıyar ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, hərbi və siaysi gerçəkliklərdən bəhs edən “Qara qan - trilogiya” kitabında onun haqqında da epizodların olduğunu qeyd edib. “Bu kitab böyük həqiqətləri, Azərbaycan xalqının başına gətirilmiş oyunların sirlərini özündə əks etdirir. Mən Fazil müəllimlə söhbət edərkən danışdıqlarımın romanda yer alacağını bilmirdim. Buna görə də təbii və gözəl alınıb”. Yəhya Yusif Canıyar rəhbərlik etdiyi təşkilat haqqında da danışıb. Təşkilatın İdarə Heyətinin qərarı ilə Fazil Güneyin Beynəlxalq Qızıl Medala layiq görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mükafat Fazil Güneyə təqdim olunub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışı zamanı “Qara qan - trilogiya” kitabını Füzuli rayonunda, Cocuq Mərcanlıda məktəblərə təqdim etdiklərini qeyd edib. “Fazil Güney bu kitaba çox böyük əziyyət çəkib. Umimiyyətlə Fazil müəllim isteadından başqa həm də zəhmətkeş insandı. Bu da onun ən böyük fərqidi. Bu kitab hər kəsin diqqətində olmalıdı. Geniş təbliğ olunmaldı. Kitabda ciddi faktlar, böyük həqiqətlər  var”.Fazil Güneyi yeni kitabı münasibətilə təbrik edən Azərbaycan Yazıçılar Birliyinin müşaviri, yazıçı Elçin Hüseynbəyli roman haqqında müsbət fikirlərini tədbir iştirakçıları ilə bölüşdükdən sonra müəllifə Azərbaycan Yazıçılar Birliyi adından Fəxri Fərman təqdim edib.

Tədbirdə iştirak edən digər qələm shibləri, ziyalılar da “Qara qan - trilogiya” kitabını yüksək dəyərləndirərək Fazil Güneyi təbrik ediblər.

Qeyd edək ki bundan öncə “Qara qan”ın birinci və ikinci hissəsi işıq üzü görmüşdü. Bu kitabda isə hər üç hissə yer alıb.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə