Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar haqqında geniş məqalə dərc olunub.

 

AZƏRTAC xəbər verir ki, alim və tərcüməçi Babaxan Şərifin yazdığı materialda Anarın həyatı və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilir.

Bildirilir ki, müasir Azərbaycan yazıçıları arasında Anar Özbəkistanda çox populyardır. Son illərdə Daşkənddə Anarın iki kitabı çap edilib. Hər iki kitab qısa müddətdə satılıb.

Məqalədə Anarın özbək ədəbiyyatına, bu xalqın yazıçı və şairlərinə böyük hörmət və ehtiram bəslədiyi də diqqətə çatdırılır.

Yazıda Anarın təşkilatçılığı ilə Bakıda hazırlanan nəşrlər və rəhbərlik etdiyi qurumdan da söhbət açılır, yazıçı bir təşkilatçı kimi də oxuculara təqdim olunur.

Xatırladırıq ki, “Kitob dunyasi” qəzetində müntəzəm olaraq Azərbaycan alimlərinin, şair və yazıçılarının məqalələrinə yer ayrılır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə