Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları 20 yanvar şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.  Tədbiri giriş sözüylə AYB-nin katibi, yazıçı İlqar Fəhmi açıb. O qanlı gecənin dəhşət dolu anlarını xatırlayan İlqar Fəhmi hələ də bəzi məslələrin sirli qaldığını və bu sirrlərin çözülmədiyini qeyd edib. Sonra söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verilib. Xalq yazıçısı qanlı gecəyə qədər baş vermiş hadisələrdən söz açıb, 20 yanvar hadisələrinin səbəbkarlarından, Mixail Qorbaçovun cinayətkarlığından danışıb və bu vəhşiliklərdə ermənilərin fəal iştirakına aid faktlar söyləyib. Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca Azərbaycan xalqının başına gələn müsibətləri, erməni əsilli “rus”ların tarix boyu xalqımıza qarşı törətdikləri vəhşilikləri, erməni havadarlarının 1990-cı il, 19-dan 20-nə keçən gecə uşaq, qadın, yaşlı demədən insanları vəhşicəsinə qətlə yetirmələrini vurğulayaraq, dinc insanlarımıza qarşı qətliam törədənlərin hələ də cəzasız qaldığını deyib. Yazıçısı Seyran Səxəavət həmin gecə Bakıda olmadığı, Fransada işgüzar sfərdə olduğu üçün təəssüf hislərini dilə gətirib. O, hadisəni eşitdikdən sonra BBC kanalına rus və fars dilində geniş müsahibə veridyini bildirib. Hadisədən bir neçə gün sonra çox çətinliklə də olsa fransız jurnalistləri Azərbaycana keçirə bildiklərini və bu jurnalistlərin hadisələri çəkib dünyaya çatdırdığından danışıb. “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı hadisələri ürək ağrısıyla xatırladığını bildirib. 20 yanvar şəhidlərinin o gecə həm də müstəqillik yolunda şanlı bir tarix yazdıqlarını qeyd edib. Çıxış edənlər şəhidlərimizin heç vaxt unudulmayacağını vurğulayaraq, Allahdan şəhidlərimizə rəhmət diləyiblər

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə