Qazaxıstan Respublikasının Baş nazirinin müavini Gülşara Abdıkalikova Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Görüşdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Oqtay Mirqasımov, Heydər Əliyev adına Azərbaycan – Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günyadın, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqa qonaqlar iştirak ediblər.  Görüşdə bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Baş nazirin müavini Gülşara Abdıkalikova ilə söhbəti zamanı Qarabağ problemindən söz açıb. O, İyirmi faiz torpaqlarımızın işğal altında olduğunu, bir mlilyon vətəndaşımızın öz doğma el-obasından didərgin düşdüyünü və böyük ölkələrin bu ədalətsizliyə səssiz qaldığını vurğulayıb.   

   Sonra Azərbaycan Yazıçılar Birliyinin tarixi, fəaliyyəti, dərgiləri, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyət göstərməsində ulu öndər Heydər Əliyevin rolu, Azərbaycan ədəbi mühitinin inkişafı, qələm adamlarına göstərilən dövlət dəstəyi, Prezident İlham Əliyevin yaradıcı insanlara qarşı diqqət və qayğısı, imzalanmış yeni sərəncamlarla bağlı qonaqlara ətraflı məlumat verilib. 

   Qazaxıstan Respublikasının Baş nazirinin müavini Gülşara Abdıkalikova Qazaxıstan Yazıçılar Birliyinin fəaliyyəti, yeni layihələr, yazıçılara Qazaxıstan dövlətinin diqqət və qayğısından söz açıb. O, Qazaxıstan – Azərbaycan ədəbi əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Görüşdə iki qardaş ölkənin bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyi qeyd olunub. 

Sonda Gülşara Abdıkalikova Xalq yazıçı Anara qonaqpərvərlik üçün minnətdarlığını bildirib.

 

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə