AYB.az xəbər verir ki, sentyabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” - yubiley meadalı ilə təltif ediliblər.

 Medalları Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevin adından qurumun İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi, polkovnik-leytenant Nağı Eyvazov təqdim edib.

Qeyd edək ki, DSX rəisi tərəfindən 14 avqust 2019-cu il tarixli, 51 nömrəli əmrlə təsis edilən  “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley meadalı Sərhəd Xidmətinin Mühafizəsində xidməti olanlara, eləcə də ölkənin tanınmış simalarına təqdim edilir.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə