AYB.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevə "Dostluq" ordeni verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, orden Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının  möhkəm dostluq əlaqələrinə və əməkdaşlığına  xidmətə görə təqdim edilir.

Qeyd edək ki, “Dostluq” ordeni Rusiya Prezidenti tərəfindən nüfuzlu şəxslərə təqdim edilir. Ötən il bu mükafata Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva layiq görülmüşdü.

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə