AYB.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Xalq yazıçısı bir aylıq Prezident təqaüdünü Silahlı Qüvvələrə bağışlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqı da Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 3.000 manat pul köçürüb.

 

AYB.az 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə