Azərbaycan Yazıçılar Birliyi YAŞAT Fonduna vəsait köçürüb. Bu barədə AYB.az saytına Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev məlumat verib. Çingiz Abdullayev bildirib ki, AYB Katibliyinin topalntısında verilən qərara əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna iki min manat vəsait köçürülüb. 
Bundan əvvəl Azərbaycan Yazıçılar Birliyi, Xalq yazıçısı Anar və AYB Həmkarlar İttifaqı tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilmişdi. 
Qeyd edək ki, Prezident İlham Əliyev bu il dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə