Məlum olduğu kimi oktyabrın 4-də Cəbrayıl şəhərinin işğalçılardan azad edilməsinin birinci ildönümü münasibətilə  rayon ictimaiyyətinin yığcam bir qrupu şəhərə rəsmi səfər edib.

Səfər çərçivəsində Azrəbaycan Yazıçılar Birliyinin hazırladığı  “Qarabağ dastanı, 30 ilin həsrəti - 44 günün zəfəri” kitabının təqdimatı olub.

Kitabı iştirakçılara Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəyli təqdim edib və kitab barədə iştirakçılara ətraflı məlumat verib. Onun fikrincə  bu kitabı Qarabağın bədii obrazı, müəyyən mənhada isə bədii ensklopediyası saymaq olar.

Tədbirə qatılanlar toplunu yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Qarabağ dastanı”nın ideyası  AYB sədri Anarın, ön sözün müəllifi və redaktoru Rəşad Məciddir. Kitaba əsasən işğaldan azad edilmiş rayonların tanınımış qələm adamlarının məqalələri daxil edilib.

AYB.az

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə