Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran 70 illik yubileyi münasibətilə "Şöhrət" ordeninə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir:  
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səyyad Adil oğlu Salahlı “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2022-ci il

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə