Son xəbərlər

 

Musayev Qılman İsabala oğlu (Qılman İlkin) Bakının Mərdəkan kəndində, 1914-cü ilin aprelin 11-də anadan olmuşdur. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru (1966-1971) olub.

 

Xidmətlərinə görə "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına layiq görülmüşdür.

"Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988) və s. kitablarının müəllifidir.

 

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə