Variasiya

«Ulduz» jurnalı ilə «Ədəbiyyat qəzeti»nin birgə layihəsi



Ötən il «Variasiya» layihəsinə start verdik, hekayə sonluqlarının variasiyaları maraqla qarşılandı. Bu aydan isə müxtəlif dillərdən tərcümə variantına başlayırıq. Şərtimiz çox sadədir: xarici dildə yazılmış bir şeir təqdim olunur, müəlliflər isə onu azərbaycancaya çevirirlər. Bir şeirin onlarla variantı ola bilər. Tərcümələrinizi gözləyirik. Elektron ünvanımız: dursul@mail.ru


Alla AXUNDOVA: «РЕВНОСТЬ»

 Alla Axundovanı Azərbaycanda daha çox ssenarist və tərcüməçi kimi tanıyırıq. «Şərikli çörək», «Alma almaya bənzər» kimi əvəzsiz filmlərin ssenaristi olan Alla Axundova həm də onilliklərdi ki, Moskvada Azərbaycan ədəbiyyatının təbliği ilə məşğuldu. Onun tərcüməsində Azərbaycanın həm klassik, həm də müasir yazarlarının əsərləri rus oxucularına təqdim olunur.

Lakin Rusiyanın özündə Alla Axundova - ötən əsrin altmışıncı illərindən bəri - gözəl şairə kimi tanınır. Bizim yazarların «Biləcəridən o yana keçə bilmədiyini» iddia edən bəzi dostlarımın diqqətinə çatdırmaq istəyirəm ki, Alla Axundovanın poeziyası rus poetik müstəvisində qadın hisslərinin özünəməxsus səviyyədə ifadəsinə görə həmişə yüksək dəyərləndirilib. Rusiyanın məşhur ədəbiyyatşünas alimi, tənqidçi Stanislav Lesnovski ötən əsrin yetmişinci illərində yazılarının birində belə bir ifadə işlətmişdi: «Müasir qadın poeziyamız üç “A”-dan ibarətdir: Axmatova, Axundova, Axmadulina.

Əlbəttə ki, Alla Axundovanın Anna Axmatova, Bella Axmadulina kimi qadın şairələrlə eyni zirvədə tutulması əbəs deyildi. Həqiqətən də onun poeziyası müasir qadın dünyasının çox zərif qatlarında gəzişmələr üzərində qurulub. Hətta adi sözlə ifadə oluna bilməyəcək məqamları məhz şeir dili ilə ifadə etməyi bacarır.

Dünya nə qədər dəyişsə də, insan hisslərinin dərin qatları, zərif hissləri dəyişmir. Alla Axundovanın şeirləri də insan ruhunun, ələlxüsus da qadın dünyasının məhz dəyişməyən hissləri üzərində qurulub və ona görə də həmişə müasirdi, həmişə aktualdı.

Məşhur həmvətənimizin bir şeirini «Variasiya» rubrikası üçün seçdik. Qeyd edək ki, bu layihəni poetik tərcümələrə istiqamətləndirmək, zənnimizcə, maraqlı fikirdir. Təqdim etdiyimiz şeirlərin tərcümələrini «525-ci qəzet»in redaktoru, yazıçı Yaşar dəyərləndirəcək. Ən uğurlu tərcümənin sahibini isə «ULDUZ»dan mükafat gözləyir. Buyurun, əziz həmkarlar! Sətri tərcüməni də təqdim edirik ki, işiniz çətin olmasın...

 

 

Alla AXUNDOVA

 

РЕВНОСТЬ

А я усну. И мне приснится, Как по глазам бежит лисица,

И мнет холодные ресницы, И как они встают, дрожа.

Мне больно, Так она рыжа. Мне больно, больно, Как от зноя Бежать по голому песку.

Бежит по мокрому белку – И держит яблоко глазное В зубах улыбки на боку. И острые свои зрачки В мои зрачки вонзает колко, Как треугольные значки, В окружность вписанные тонко.

Так по глазам бежит лисица, И вся смеется и кичится, Что снится, Сколько хочет сниться… В моих ресницах, как в лесу, Мышкует, только я усну.

 

QISQANCLIQ

 

Mənsə yatacam,

Mənim yuxuma gələcək ki,

gözlərimin üstündə tülkü qaçır.

Görəcəm ki, soyuq kipriklərimi necə əzir,

Kipriklərim əsərək necə qalxır.

 

Yaman ağrıdır məni,

O (qadın) kürəndır.

Yaman ağrıdır məni, yaman,

Bürküdəki kimi

Çılpaq qumun üstündə qaçmaq.

 

Nəm ağın (gözün ağı) üstündə qaçır -

Və gözümün almacığını

Təbəssümün dodaqları arasında saxlayır.

Özünün iti göz bəbəyini

mənim gözlərimə batırır,

zərif şəkildə ətrafa yerləşdirilmiş

üçbucaq işarələr kimi

gözümdə tülkü qaçır.

Elə hey gülür, lovğalanır.

Və istədiyi qədər girir yuxuma.

Mən yuxuya gedən kimi

kirpiklərimin arasında,

Meşədəymiş kimi dolaşır.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə