Mənim ilk pənahım , mənim həyatım ,
Unudan deyiləm , unutma məni .
Bilirsən nə qədər sevirəm yarım ,
Unudan deyiləm , unutma məni .

Vəfalı yarımsan , sevgilim mənim ,
Kaş ki olmayaydı , heç zaman qəmin .
Qara gözlərinə qurbanam sənin
Unudan deyiləm , unutma məni .

Səni unutmaram , ölümə qədər ,
Sən də sev getməsin eşqimiz hədər .
Bizdən uzaq olsun qüssə , qəm , kədər
Unudan deyiləm , unutma məni .

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə