Minlərlə rəng çaları var,
Qarayla ağ arasında.
Zirvənin şah vüqarı var,
Səmayla dağ arasında.
 
Zaman ötür fəsil - fəsil,
Az - az insan olar əsil.
Cılızlaşır indi nəsil,
Kökünən zoğ arasında.
 
Günlərimiz yaman keçir,
Yaxşıları torpaq çəkir.
Ulu fələk bir - bir seçir,
Xəstəylə sağ arasında.
 
Əmbala, döz, zülmə baxma,
Halal sevər kasıb daxma.
Zəhər olar haram loxma,
Balınan yağ arsında.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə