Unudulmaz bir tarixsən,
Viran qalmış bir arxivsən,
Sən bizimsən sən mənimsən,
Bizə həsrətdir Borçalım.

 

Ad özgənin xalq bizimdir,
Həm canımdır həm gözümdür,
Bu dözülməyən dözümdür,
Bizə həsrətdir Borçalım.

Bölən böldü satan satdı,
Düşmən arzusuna çatdı,
Millət səni necə atdı ?!
Bizə həsrətdir Borçalım.

Dur ayağa səslə məni,
Gələcəyəm gözlə məni,
Qarşıla xoş sözlə məni,
Bizə həsrətdir Borçalım.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə