Qarabağ yurdumun gözəl guşəsi,
Üzeyir nəğməsi,Bül-bülün səsi,
Gəlir Natəvanın ana naləsi.
Qalıbdır viranə talan Qarabağ,
Düşmənin əlində qalan Qarabağ.



Düşmən at oynadır cıdır düzündə,
Min cür saxtakarlıq var hər sözündə,
Dünyaya car çəkib yayırlar gündə,
Neçə iftiralar yalan Qarabağ,
Düşmənin əlində qalan Qarabağ.


Onlar tarixlərin çox yaxşı bilir,
Həqiqət olanı tarixdən silir.
Alban kilsələrini özəlləşdirir,
Bax budur həqiqi olan Qarabağ,
Düşmənin əlində qalan Qarabağ.


O qədər xeyirxah nəcib olmuşuq,
Öz millətimizə tələ qurmuşuq,
Başqa millətlərə həyan olmuşuq,
Bu olub bizim üçün plan Qarabağ,
Düşmənin əlində qalan Qarabağ.


Sənin uğrunda biz candan keçərək,
Mərdliklə cəbhədə sinə gərərək,
Düşmən qarşısında əyilməyərək,
Şəhid oldu neçə balan Qarabağ,
Düşmənin əlində qalan Qarabağ.


Çıxmaz qəlbimizdən Xocalı dərdi.
Dərd ,qüssə heç zaman sındırmaz mərdi.
Körpələri qırmaq bu nə hünərdi ?...
Tapılar qisası alan Qarabağ,
Düşmənin əlində qalan Qarabağ.


Düşmən qarşısında deyilik aciz,
Cavanşir ,Babəkin övladıyıq biz,
Sənsiz şad olarmı bizim qəlbimiz ?
Həsrətdən gözümüz dolan Qarabağ,
Düşmənin əlində qalan Qarabağ.


Yoxdur bir kimsədən bizim qorxumuz,
Qeyrətə çağırır ana yurdumuz,
Hazırdır döyüşə milli ordumuz,
Düşmənə vəlvələ salan Qarabağ,
Düşmənin əlində qalan Qarabağ.


Nizami həsrətlə yazdı bu şeri,
Vaxt gələr torpaqlar alınar geri,
Qoymarıq kimsəyə o gözəl yeri,
Qəlbimdə sağalmaz yaram Qarabağ,
Düşmənin əlində qalan Qarabağ...


Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə