Sən bizim dərdlərimizin tacısan, 
qəmimizin yuvasısan, yasısan.
İgidlərin ürəyinin dağısan,
necə kömək edim sənə ay Şuşa.

Ermənilər şənlənəndə, gəzəndə,
işğal günü parad da keçirəndə. 
Bizə lağ eləyib çoxlu güləndə, 
elə bildim yuxudayam ay Şuşa . 

Namusumuz tapdalandı Şuşada, 
qeyrətimiz talan oldu Şuşada.
Oğullarda məhv edildi Şuşada, 
indi nəyi gözləyirik burada?

Biz haradayıq, yatmışıq hələ də,
yuxumuz uzun çəkəcək deyəsən.
Bəlkə bəsdir, duraq gedək Şuşaya,
gözü yaşlı o gözləyir deyəsən.

Necə dözür bu təhqirə, işğala,
o qeyrətli, vətənpərvər türk oğlu.
Qonşu gülür, düşmən gülür bizlərə,
bəsdir,  verək erməninin cəzasın!

Biz türklərin Çingizxanı, Babəki,
düşmənimin yaddaşından silinməz.
Yatmış oğulları, nər igidləri,
Söyləyin Şuşamız çox gözləyəcək?

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə