Son xəbərlər

 

Həyatın qaydası budur,qızım,
Nə qədər ki,unutmağa çalışarsan,
Unudulmuş olarsan daha çox əvəzində....
Haçalanarsan dolaşıq fikirlər kimi,
Gah bəlkələr olarsan,gah da kaşkilər....
Səbəblər axtararsan hər anılarında....
Şübhələr qasırğa kimi tüğyan edər varlığını,
Qurd kimi gəmirərsən özün öz qəlbini...
Buz kimi soyuq boz boşluq da ruhunu qucaqlayar,
Ac qurdun mənginə düşmüş quzu kimi
mələyər içində bir böyük səssizlik...
Sükutun içində hayqırarsan...
bağırarsan......
Səsini eşidən bir özün olarsan,
bir də səni umursamayan boz xatirələr....
Qayalara dəyib əks-səda verən səs kimi
Əks-səda verər ürəyinin hənirtisi....
Dağların başındakı qar kimi əriyərsən....
Yanan şamın şöləsi qədər kiçik olar
O boyda varlığını yandırıb yaxan atəş...
Unutmağa çalışdıqca yox olarsan,
Onun yoxluqlarında var olarsan sən....
Öz varlığında yoxa çıxarsan.....
Nəfəsin tıxanar hər yaşanmışları ananda,
boğularsan.....
Elə çətin olar ki,unutmaq onu....
Unutmaq istədikcə unudarsan özünü,
Gələcəyi unudarsan,sabahların mövcudluğunu
Və nəhayət yaşamağı......
İlişib qalarsan xatirələrdə....
Unutmaq istədikcə əsl unutmalı gərəkəni deyil də,
Unudarsan bütün-bütün hər şeyi....
Səmtini itirmiş gəmi kimi çırpınıb durarsan dənizin ortasında,
Yuyar səni ag köpüklü dalğalar....
Baş vurmaq istərsən o mavi sulara,
Adı intihar olar,sonun cəhənnəm....
Qorxarsan,itaətkar bəndə olarsan....
Sən qadın olarsan,bacı olarsan,
Bir ataya qız olarsan,bir anaya həmdəm....
Ana olarsan....
Bütün atasız uşaqlara ata da olarsan bir az.....
Bu dünya belədir,qızım,
Unutmaq istədikcə onu
Özünü unudarsan daha çox....
Unutmaq istəyinin içində belə o varsa,
Unutmaq belə ona həsr olunubsa,
"Unut" dedikcə yalnız o anılırsa,
Burax bu unutmaq cəhdlərini ,qızım!
Qoy səni unutsunlar!
Sən sən ol,unutma !
Qoy unutsunlar səni,
Onu belə ona rəğmən unutma !.......

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə