Son xəbərlər

 

Allah, bizləri əhv et,

bağışla xətalarımızı!

Əslində biz pakıq,

tər-təmiz...

 

Yaratdığın halda,

yaradıldığımız gündəyik.

 

Biz heç günah işləmədik,

günah bizi işlətdi,

onu tanıdıq.

Yaşamağı atamız Adəm,

anamız Həvvadan öyrəndik.

 

Bir də fəlık çarxında

şeytana qul olmağı,

qadağanı dadmağı,

dünyaya yol almağı,

yeriməyi bacardıq.

 

Allah, bizləri əhv et,

bağışla xətalarımızı!

Biz heç günah işləmədik,

günahın ustasıyıq!

 

Öncə İsanı sənə oğul,

səni ona ata sırıdıq.

Yarımallahdır deyib,

onu sənintək sevdik.

Fəqət eşqi ağır gəldi,

Çarmıxa asıb saxladıq.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə