Son xəbərlər

 

Hər zaman Allah qapısın,

Döyəsən rahat olasan.

Tanrının evində boyun,

Əyəsən rahat olasan.

 

 

Tapasan haqqın izini,

Tutasan şərin üzünü,

Hər yerdə sözün düzünü,

Deyəsən rahat olasan.

 

Bürüyüb nahaq hər tini,

Görmək olmur heç mərdini,

Özün elə öz dərdini,

Yeyəsən rahat olasan.

 

Duymasan qəlbin tonunu,

Gözləmə ömrün sonunu,

Nur ətirli ağ donunu,

Geyəsən rahat olasan.

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə